Barrozu Rusiya əleyhinə yeni sanksiyalardan danışdı
Bizi izləyin

Dünya

Barrozu Rusiya əleyhinə yeni sanksiyalardan danışdı

Avrokomissiyanın sədri Joze Manuel Barrozu bildirib ki, Avrokomissiya artıq yeni anti-Rusiya sanksiyaları hazırlayır və AB üzvü ölkələri yeni məhdudiyyətləri bəyənəcəklər.

Axar.az RİA Novosti-yə istinadən xəbər verir ki, Barrozu Ukrayna Prezidenti Poroşenko ilə danışıqlar zamanı bu qərarın üzv ölkələrinə aid olduğunu vurğulayıb: “Mənim Avrokomissiya adından deyə biləcəklərim odur ki, əgər üzv ölkələr sanksiyalar barədə daha uzağa getmək istəsələr, biz artıq bir neçə variant hazırlamışıq. Ümid edirəm ki, AB bəzi yeni tədbbirlər görəcək”.

Öz növbəsində Poroşenko da bildirib ki, Ukraynaya qarşı yürütdüyü siyasətə görə AB-nin Pusiyanı cavabsız qoymayacağına ümid edir.

Xatırladaq ki, qərb ölkələri, o cümlədən AB və ABŞ Rusiyaya qarşı ilk sanksiyalar paketini 2014-cü ilin martında Krımın RF-yə birləşdirilməsindən sonra tətbiq etmişdilər. Sonradan sanksiyalar bir neçə mərhələdə daha da kəskinləşmişdi. Sanksiyalar siyahısı sonuncu dəfə 26 iyulda yenilənib. 31 iyunda AB Şurası Rusiya əleyhinə sektor sanksiyaları təsdiqləyib. AB neft sənayesi avadanlıqlarının ixracını məhdudlaşdırıb, Rusiyanın dövlət nəzarətində olan bankların aksiya və istiqrazlarının Avropada satışını qadağan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm