ABŞ-dan İŞİD-ə növbəti hava zərbələri
Bizi izləyin

Dünya

ABŞ-dan İŞİD-ə növbəti hava zərbələri

ABŞ HHQ-yə aid qırıcılar Mosul yaxınlığında “İslam Dövləti” qruplaşması yaraqlılarına havadan zərbələr endirib.

Publika.az-ın "Haberturk" saytına istinadən məlumatına görə, bu barədə ABŞ komandanlığı xəbər yayıb.

Xəbər verilir ki, ABŞ HHQ ölkənin şimalında Mosul şəhəri yaxınlığında Naynava vilayətində yerləşən mövqelərə 5 aviazərbə endirib.

Nəticədə terrorçuların binasına yüklü zərərlə bərabər, döyüş maşını, silah və yaraqlıların atəş mövqeləri məhv edilib.

Qeyd edək bununlada ABŞ-nin İraqda olan terrorçuların mövqelərinə aviazərbələri 115-ə çatdı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm