Azərbaycanda bıçaqlanan qız danışdı - cinayətin təfərrüatları
Bizi izləyin

Dünya

Azərbaycanda bıçaqlanan qız danışdı - cinayətin təfərrüatları

Goranboy rayonunda baş vermiş cinayət hadisəsinin təfərrüatları açıqlanıb. Goranboyun Rus Borisi kəndindəki meşə massivində bıçaqlanan 29 yaşlı Elnarə Əliyeva baş vermiş hadisənin səbəbini bilmədiyini deyir.

Rayonun kommunal təsərrüfat idarəsində xadimə işləyən Elnarə Əliyevanın sözlərinə görə ona bıçaq xəsarətləri yetirən taksi sürücüsü Sabir Alxasovu əvvəllər də tanıyırmış. Elnarə deyir ki, hadisə baş verən gün Sabir onun üçün uyğun iş tapdığını deyib. Yeni işi ilə tanış olmaq məqsədi ilə Sabirin avtomobilində əyləşən Elnarə avtomobildə İmamverdi adlı daha bir nəfərin də olduğunu deyir. Hadisəni necə baş verdiyini isə Elnarə Əliyeva belə xatırlayır.

"Maşını saxladı, qapıları bağladı, düşüb qaça bilmədim. Maşından düşən kimi məni bıçaqladı, bıçaq rol tərəfdə ayağının altında idi, qara qılınc kimi bıçaq idi. Sabaha yaxın idi, bir dənə çoban qoyun otarırdı. Çağırdım ki, mənə köməyə gəlin. O gəldi, məni dərədən çıxardı", - deyə 29 yaşlı qız bildirib.


Elnarə Əliyeva ona kömək edən çobanın polisə zəng etdiyini və elə ərazidə fəaliyyət göstərən Xocalı rayon polis şöbəsinin əməkdaşları tərəfindən də Goranboy Mərkəzi Rayon Xəstəxaansına gətirildiyini dedi. Çoxsaylı bıçaq zərbələrindən daxili orqanları zədələnən yaralının od kisəsi əməliyyat olunaraq götürülüb.

Xəstəxananın baş həkimi Rüstəm Budaqovdan aldığımız məlumata görə, hazırda xəstənin vəziyyəti stabildir. Hadisəni törətməkdə şübhəli bilinən goranboy rayon sakinləri 61 yaşlı Sabir Alxasov və 58 yaşlı İmamverdi Xəlilov ərazidə fəaliyyət göstərən Xocalı polisi tərəfindən saxlanılıb. Xocalı rayon prokurorluğunda faktla bağlı cinayət işi başlanılıb.

Prokurorun köməkçisi Nicat Şahverdiyev deyir ki, "27 avqust 2014-cü il tarixdə saat 9 radələrində Goranboy rayonunun Rus Borisi kəndi ərazisində meşəlik sahədə çoxsaylı bıçaq xəsarətləri ilə aşkar olunub. Həmin faktla bağlı cinayət işi başlanmış, 29 avqust 2014-cü il tarixdə Goranboy rayon sakinləri Sabir Alxasov və İmamverdi Xəlilov Goranboy rayon məhkəməsinin qərarı ilə barələrində həbs qəti imkan tədbiri seçilib".

Hazırda Xocalı rayon prokurorluğunda cinayətin hansı səbəbdən baş verdiyi araşdırılır. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm