ABŞ Moskva əleyhinə yeni sanksiyaları dəstəklədi
Bizi izləyin

Dünya

ABŞ Moskva əleyhinə yeni sanksiyaları dəstəklədi

ABŞ Avropa Birliyinin Rusiya əleyhinə yeni sanksiyalar hazıqlamaq qərarını bəyənir. Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Keytlin Heydenin Ağ Evin saytında nəşr edilmiş bəyanatında bildirilir.

Axar.az xəbər verir ki, mətbuat katibi AB-nin qərarını Ukraynanın suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstək kimi qiymətləndirib:

“Biz Rusiyanı Ukraynaya qarşı qanunsuz fəaliyyətinə görə məsuliyyıtə cəlb etmək üçün AB və digər tərəfdaşlarımızla sıx əməkdaşlıq şəraitində işləyirik”.

Xatırladaq ki, dünən AB-nin lideri Herman Van Rompey bildirib ki, AB həftə ərzində Rusiya əleyhinə yeni sanksiyalar hazırlayacaq və Ukraynada vəziyyət stabilləşməsə onları tətbiq edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm