ABŞ qırıcıları azərbaycanlıları qorumaq üçün havaya qalxdı
Bizi izləyin

Dünya

ABŞ qırıcıları azərbaycanlıları qorumaq üçün havaya qalxdı

ABŞ ordusu İŞİD mühasirəsi altında qalan Azərbaycan mənşəli türkmənlərin yaşadığı Əmirlini azad etmək üçün terrorçularla mübarizəyə başlayıb.

Axar.az xəbər verir ki, 2 aydır ki, terrorçuların mühasirəsində qalan Əmirlini azad etmək üçün ABŞ qırıcıları havaya qalxıb.

Pentaqon sözçüsü Con Kirbi verdiyi açıqlamada əraziyə hava vasitəsi ilə humanitar yardımların göndərildiyini və terrorçulara qarşı genişmiqyaslı hərbi əməliyyatların başlandığını açıqlayıb.

Humanitar yardımların göndərilməsinə Avstraliya, Fransa və İngiltərə təyyarələrinin də qatıldığını deyən Pentaqon rəsmisi bu ərazidə terrorçulara qarşı 118 hava hücumu təşkil olunduğunu qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm