Alman mətbuatı: ABŞ və İngiltərə də Türkiyəni dinləyib
Bizi izləyin

Dünya

Alman mətbuatı: ABŞ və İngiltərə də Türkiyəni dinləyib

Almaniyanın nüfuzlu “Der Spigel” jurnalı ABŞ və İngiltərənin Türkiyəni dinlədiyi iddiası ilə çıxış edib.

Axar.az xəbər verir ki, dərgi dinlənilən qurumlar arasında Türkiyənin Vaşinqtonda yerləşən səfirliyinin də olduğunu bildirib.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Türkiyə haqqında məxfi məlumatları toplandığını deyən jurnal bu məlumatların Edvard Snouden tərəfindən ifşa olunduğunu qeyd edib.

Jurnal ABŞ-dan başqa İngiltərənin də Türkiyəni dinlədiyini, ölkədə enerji potensialına dair məlumatların qeyri-qanuni yolla əldə etdiyini ortaya çıxarıb.

Bundan başqa dərgi Türkiyənin ABŞ-la bu sahədə iş birliyini reallaşdırdığını da bildirib.

Belə ki, amerikalılar Türkiyəyə PKK ilə bağlı məlumatları ötürürmüş. Türkiyə də öz növbəsində Rusiya və Ukrayna ilə bağlı gizli məlumatları ABŞ-a verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm