Əfsanəvi generala qarşı müdhiş tələb - Foto
Bizi izləyin

Dünya

Əfsanəvi generala qarşı müdhiş tələb - Foto

MHP millət vəkili Engin Alandan 4 il həbsxanada yediyi yeməyin pulu istənilib.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda qızı Tülin Alan çıxış edib.

Millət vəkilinin qızı Tvitterdə yazıb ki, atasından 850 türk lirəsi ( təqribən 425 manat) tələb edilir: “Ömründən və bizdən oğurlanan illərin hesabı nə olacaq bəs?”.

Qeyd edək ki, E.Alan Türkiyə Silahlı Qüvvələrinin əfsanə ismlərindən sayılır. Türkiyə ordusunun generalı, uzun illər separatçı qruplara qarşı savaşmış, MHP siyahısından İstanbuldan deputat seçilmiş Engin Alanın azadlığa buraxılması olduqca çətin baş verdi. Kürd deputatlar da daxil, həbsdə olan 7 millət vəkilindən yalnız onun terrorçu kimi zindanda saxlanması taleyin ironiyası kimi qəbul olunurdu. Çünki E. Alan bütün həyatını Türkiyəni bölmək istəyən PKK terrorçularına qarşı mübarizəyə həsr edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm