Ərəb KİV-ləri: Suriyada azərbaycanlı döyüşçülər yoxdur
Bizi izləyin

Dünya

Ərəb KİV-ləri: Suriyada azərbaycanlı döyüşçülər yoxdur

Tunisin “Əl-Şürük” qəzeti vətəndaşları Suriya müharibəsində iştirak edən ölkələrin siyahısını dərc edib. “Terrorçu ixracı”na görə liderlik Çeçenistana məxsusdur. Son zamanlar mətbuatda azərbaycanlıların da Suriyadakı döyüşlərdə iştirakı ilə bağlı çoxsaylı xəbərlər yayılsa da, ölkəmizin adı siyahıda yoxdur.

“Terrorçu ixracatçıları”nın siyası belədir:

1. Çeçenistan: 140 000 yaraqlı, 3671 çeçen silahlısı öldürülüb, 1397 nəfəri itkin düşüb.

2. Səudiyyə Ərəbistanı: 12 000 silahlı, 3872 ölü, 2689 itkin.

3. İraq: 11 000 döyüşçü, 2791 nəfəri öldürülüb, 667 –i itkin düşüb.

4. Livan: 9 000 döyüşçü, 2904 –ü öldürülüb, 72 nəfəri itkin düşüb.

5. Türkiyə 5600 döyüşçü, 1946-sı öldürülüb, 14-ü itkin düşüb.

Siyahıda Fələstin(təxminən 5 000; 2018; 69), Liviya(4400, 2893, 780),Tunis (4 000, 2645, 1315), Misir (2600, 1894, 640), İordaniya (2400, 1672, 46), Somali (780, 371, 240), Yəmən (1600, 1201, 600), Pakistan (1900, 986, 150), Əfqanıstan (1200, 899, 370), Rusiya (750, 258, 56), Küveyt (700, 406) Əlcəzair 600, 388, 38), Mərakeş (550, 217, 38), Almaniya (668, 142, 9), eləcə də Fransanın (450, 107, 4)adı yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm