"Nazarbayev Putinin avantürasından bezib"
Bizi izləyin

Dünya

"Nazarbayev Putinin avantürasından bezib"

Putin Jirinovskini Qazaxıstanın üzərinə saldıqdan sonra indi də növbə Belarus prezidentindədir”.

Bunu Axar.az-a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Putin indidən Qazaxıstanı şantaj edir:

“Putin Ukrayna ilə məsələni bitirmədən indi də Qazaxıstanı şantaj edir, belə bir dövlətin boş yerdən yarandığına eyham vurur, əlaltısı Jirinovskini müttəfiq adlandırdığı dövlətin üzərinə qısqırdır. Ancaq Qazaxıstan Prezidenti Nursultan Hazarbayev hər ikisinin cavabını yaxşı verdi. Görünür, Nazarbayev Putinin Ukrayna avantürasından və bu ölkəni çökdürmək siyasətindən artıq bezib, Avropa ilə qarşıdurmanı yanlış hesab edir. Növbə Belarus prezidentinindir”.

Xatırladaq ki, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski son çıxışında Qazaxıstanda anti-rus əhval-ruhiyyəsinin hökm sürdüyünə görə Rusiya bu ölkəni işğal etməli olduğunu bildirmişdi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm