• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

"Həyat yoldaşım İŞİD-ə qoşulub" - Foto

  • Dünya
  • 1 Sentyabr 2014 00:24
  • 775 Baxış
"Həyat yoldaşım İŞİD-ə qoşulub" - Foto

Şahin Aktan adlı Türkiyə vətəndaşı 6 il öncə Qırğızıstan əsilli Svetlana adlı bir xanımla evlənib. Onların bu evlilikdən 3 yaşlı övladları da var.

Bir müddət öncə Ş.Aktan və həyat yoldaşı boşanma qərarı alıblar. Ş.Aktan iddia edir ki, keçmiş həyat yoldaşı xristian olmasına baxmayaraq, radikal islamcı qruplaşmalarla sosial şəbəkələr vasitəsi ilə əlaqə qurub və bundan sonra müsəlman olub. Sonralıqca namaz qılmağa da başlayıb: "Getdikcə dəyişilməyə başlamışdı. Öncələri bir söz demirdim. Namaz qılması mənim də xoşuma gəlirdi. Artıq bağlı geyinirdi. Amma zaman keçdikcə o daha radikal olmağa başladı. Mənə qarşı davranışları dəyişilmişdi".

Boşanmağı da Svetlana istəyib. Səbəb kimi də, "Mən allah yolunda yaşamaq istəyirəm. Övladımı da bu yolla böyüdəcəyəm" deyib.

Ş,Aktan deyir ki, keçmiş həyat yoldaşı İŞİD qruplaşması üzvlərindən biri ilə ailə həyatı qurub və artıq Suriyadadır: "Biz ayrıldıqdan bir müddət sonra oğlumu da götürərək Suriyaya gedib və orada İŞİD qruplaşması üzvü olan biri ilə evlənib. Oğlumun da adını dəyişərək Abdullah qoyub. Amma oğlumun əsl adı Dəstandır".

Musavat.com

Xəbər lenti

DAHA ÇOX XƏBƏR