Almaniya kürdləri silahlandırmağa qərar verdi
Bizi izləyin

Dünya

Almaniya kürdləri silahlandırmağa qərar verdi

Almaniya hökuməti İŞİD təhdidinə qarşı İraq Kürd Regional rəhbərliyinə silah yardımı etmək qərarı alıb.

Axar.az xəbər verir ki, Almaniya Baş naziri Angela Merkel başçılığında keçirilən Nazirlər Kabinetinin konfransında Peşmərgə qüvvələrinə silah yardımı barədə qərar verilib. Almaniya 4 min peşmərgəni silahla təmin edəcək.

Xarici İşlər naziri Frank-Valter Ştaynmayer və Müdafiə naziri Ursula fon der Lyayen tərəfindən açıqlanan qərara görə, Almaniya iraqlı kürdlərə 30 “Milan” tipli tanksavar, 500 tanksavar mərmisi, 10 min əl bombası, 8 min G3 və G36 tipli silah göndəriləcək.

Almaniya həmçinin humanitar yardım çərçivəsində 50 milyon avro da maddi kömək edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm