Dünya
İŞİD öz komandirini öldürdü
“İslam Dövləti” (İŞİD) terror qruplaşmasının Ceyms Folinin
başını kəsərək edam etməsindən sonra daha belə bir cinayət
törətdiyi bildirilir.
ANS PRESS-in məlumatına görə, Suriyada və İraqda qan donduran
cinayətləri ilə dünya gündəmini silkələyən İŞİD terrorçuları bu
dəfə öz üzvlərindən birini edam edib. Belə ki, İŞİD terror
qruplaşması, yüksək vəzifəli komandirlərindən biri olan Mərakeş
əsilli Hollandiya vətəndaşı Əbu Ubayda Əlməğribini ingilis
kəşfiyyat agentliyi “MI-6”ya informasiya ötürməsi səbəbilə başını
kəsərək öldürüb. Bu barədə Mərakeş xəbər agentliyi məlumat
yayıb.
“Əvvəllər Suriyanın Hələb şəhərində İŞİD-in kəşfiyyat rəisi olaraq
işləyən Mərakeş əsilli Əbu Ubayda Əlməğribi İŞİD-in planları,
fəaliyyətləri və digər hərəkətləri ilə bağlı İngiltərəyə məlumat
ötürdüyü üçün başı kəsilərək edam edilib” – deyə xəbərdə qeyd
edilib.
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR