Suriyada növbəti faciə
Bizi izləyin

Dünya

Suriyada növbəti faciə

Suriyada növbəti faciə yaşanıb.

Publika.az-ın məlumatına görə, bu ölkədə son iki gün ərzində hökumət qüvvələrinin endirdiyi aviazərbələr nəticəsində azı 42 uşaq həlak olub. Hüquq-müdafiəçilərinin məlumatına görə, ölənlərin hamısı Suriyanın şimalındakı Hələb və İdlib şəhərlərinin sakinləridir.

Paytaxt Dəməşqdə hərbi-hava qüvvələri şəhərin cənubundakı Cubar bölgəsini bombalamağa davam edir. Həmin ərazi üsyançıların nəzarəti altındadır. Hökumət qüvvələri Cubara hücumu ötən həftə başladıb.

BMT-nin hesablamalarına görə, Suriyada 3 il yarımdır davam edən vətəndaş müharibəsi 200 mindən çox insanın həyatına son qoyub.


Ugarit News

Oxumağa davam et
Reklam
Reklam

Gündəm