“Krımın itirilməsi məhz neytrallıq statusunun nəticəsi idi”
Bizi izləyin

Dünya

“Krımın itirilməsi məhz neytrallıq statusunun nəticəsi idi”

Ukraynada neytrallıq statusundan imtina və Şimali Atlantika İttifaqına (NATO) üzvlüklə bağlı çağırışlar artır.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə növbəti çağırış Ukrayna xarici işlər nazirinin müavini Danil Lubkivskidən gəlib.

“Ukrayna neytrallıq statusundan imtina etməlidir. Krımın itirilməsi məhz neytrallıq statusunun nəticəsi idi. Bu statusunun daha hansı nəticələrini gözləyək?” - deyə Lubkivski bildirib.

Ukraynanın keçmiş prezidentləri Leonid Kuçma və Viktor Yuşenkonun NATO-ya inteqrasiyanı dəstəklədiyini deyən nazir müavini hərbi ittifaqın da Ukraynanın üzvlüyünü dəstəklədiyini deyib. Onun sözlərinə görə, Ukrayna ərazisindəki döyüş əməliyyatları NATO-ya üzvlük üçün maneə deyil: “Təcrübə və ittifaqın tarixi bunu təsdiq edir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm