Velosipedli killer ölkəni şoka salıb
Bizi izləyin

Dünya

Velosipedli killer ölkəni şoka salıb

Yeni Zelandiyada bu gün səhər baş vermiş cinayət ölkəni şoka salıb.

Publika.az “Frans Press” agentliyinə istinadən xəbər verir ki, Aşberton şəhərində naməlum kişi ofislərdən birinə daxil olaraq atəş açıb.

Şahidlərin polisə verdiyi ifadəyə görə, qatil hadisə yerinə velosipedlə gəlib. Sakitcə velosipeddən düşüb və ofisə girib.

Ofisdə tüfəngdən atəş açıb. Sonra yenə də tələsmədən binadan çıxıb və velosipedə oturaraq hadisə yerindən uzaqlaşıb. İnsident zamanı ofisdə işləyən 2 qadın ölüb, bir nəfər isə ağır yaralanıb.

Hazırda polis şəhərin bütün giriş və çıxışlarını bağlayıb. Əhaliyə evlərini tərk etməmək barədə xəbərdarlıq edilib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm