Putin separatçıların istəyini Kiyevin diqqətinə çatdırdı
Bizi izləyin

Dünya

Putin separatçıların istəyini Kiyevin diqqətinə çatdırdı

Rusiya Federasiyası prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçıların istəyini Kiyevin diqqətinə çatdırıb.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı BBC-yə açıqlamasında separatçıların əsas hədəfinin Ukrayna Silahlı Qüvvələrinin ölkənin şərqindən geri çəkilməsi olduğunu bildirib.

“Kiyev hakimiyyəti Ukraynanın cənub-şərqi ilə siyasi dialoq aparmaq istəmir. Hadisələrin indiki vəziyyətə çatmasının əsas səbəbi də budur. Kiyev hakimiyyəti ölkənin şərqi ilə məhz siyasi məzmunlu dialoq aparmalıdır”, - Putin deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm