Ukraynanın könüllü batalyonlarına tanklar və ağır artilleriya veriləcək
Bizi izləyin

Dünya

Ukraynanın könüllü batalyonlarına tanklar və ağır artilleriya veriləcək

Ukraynanın “Donbas” könüllü batalyonu yeni hərbi texnika ilə silahlandırılacaq və heyəti genişləndiriləcək.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko “facebook” səhifəsində bildirib.

“Donbas” batalyonuna ağır zirehli texnika, artilleriya və minaatanları veriləcək. Hərbi texnika həmçinin Müdafiə Nazirliyindən alınmış bütün könüllü batalonlara çatdırılacaq”, - Qeraşenko yazıb.

Batalyon komandiri Semyon Semençenko İlovaysk uğrunda gedən döyüşlərdə 10 hərbçinin yaralandığını qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm