Ruslarla döyüşdə ölən kəndlilərinin cənazəsini dizüstə qarşıladılar – VİDEO
Bizi izləyin

Dünya

Ruslarla döyüşdə ölən kəndlilərinin cənazəsini dizüstə qarşıladılar – VİDEO

Ukrayna ordusunun separatçılarla qızğın döyüşləri davam edir. Hər iki tərəfdən çoxsaylı itkilər var.

Publika.az “Ukrainski Pravda” saytına istinadən xəbər verir ki, döyüşlərdə Lvov vilayətindən olan 22 yaşlı Stepan Petrovski də qəhrəmancasına həlak olub.

Rus separatçılarına qarşı döyüşdə həyatını itirən “Ştorm” batalyonunun döyüşçüsünün cəsədi doğulduğu Suşoçı kəndinə gətirilib.

Kənd əhalisi cənazə gətirilən yola çıxıblar, havanın yağmurlu keçməsinə baxmayaraq, Stepanın nəşini dizləri üstə qarşılayaraq, ona ehtiramların bildiriblər.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm