Məclisin binasına təhqiredici şəkillər çəkildi
Bizi izləyin

Dünya

Məclisin binasına təhqiredici şəkillər çəkildi

Naməlum şəxslər Simferopolda Krım Tatar Məslisinin binasına təhqiredici şəkillər çəkiblər.

Publika.az “Krımskie Realii” qəzetinə istinadən xəbər verir ki, hadisə sentyabrın 1-nə keçən gecə baş verib. Məclisdən bildiriblər ki, bu, son həftələr ərzində ilk vandalizm aktı deyil.

Məsələ ondadır ki, sentyabrın 14-də Rusiya üzrə bələdiyyə seçkiləri keçiriləcək. Həmin gün Rusiya tərəfindən işğal olunmuş Krımda da seçkilər planlaşdırılır.

Məclis isə tatarları bu seçkiləri boykot etməyə çağırıb.

Artıq FTX hadisə yerinə gələrək binada olan videokameralardakı görüntüləri araşdırmağa başlayıb. Lakin Məclis nümayəndəsi Nəriman Cəlal günahkarların tapılmayacağına əmin olduğunu bildirib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm