Azərbaycan sərhədlərində NATO bazası yaradıla bilər
Bizi izləyin

Dünya

Azərbaycan sərhədlərində NATO bazası yaradıla bilər

Şimali Atlantika İttifaqı (NATO) Gürcüstanda hərbi bazanın yaradılmasını istisna etmir.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib.

Rasmussen NATO üzvlərinin iştirakı ilə Gürcüstanda keçiriləcək təlimlər üçün mərkəzin yaradılması məsələsinə baxıldığını deyib.

“Biz NATO təlimləri ilə ittifaqın silahlı qüvvələri ilə gürcü hərbçilərinin qarşılıqlı əlaqəsini yaxşılaşdırmaq niyyətindəyik. Mümkündür ki, hərbi təlimlər Gürcüstanda təşkil olunsun”, - Rasmussen söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm