Ukraynalı zabiti oğlunun gözü qarşısında öldürdülər
Bizi izləyin

Dünya

Ukraynalı zabiti oğlunun gözü qarşısında öldürdülər

Ukrayna Müdafiə Nazirliyi Amvrosievsk rayon hərbi komissarı, polkovnik Vladimir Moskovkinin ölümü ilə əlaqədar bəyanat verib.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 2014-cü il avqustun 27-də oğlu və dostu ilə şəxsi avtomobilində Amvrosievsk şəhərinə gedən polkovnik Rusiyanın 331-ci Hərbi Desant Polkunun əsgərləri tərəfindən saxlanılıb.

Sənədlər yoxlanıldıqdan sonra onları Snejnoe şəhəri yaxınlığındakı səhra düşərgəsinə aparıblar.

Səhəri gün desantlar əsirləri Snejnoe şəhərini nəzarətdə saxlayan separatçılara təhvil veriblər. Avqustun 29-da separatçılar şəhər əhalisinin gözü qarşısında əsirləri “tərbiyələndirmək” fikrinə düşüblər.

İşgəncə verilərkən polkovnik Moskovki ürək çatışmazlığından elə oğlunun qolları üstündəcə can verib.

Müdafiə Nazirliyi polkovnikin ailəsinə başsağlığı verərək təəssüfləndiyini qeyd edib: “Bu cinayət separatçıların iç üzünü göstərir. Cinayəti törədənlər mütləq cəzalarını alacaqlar”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm