Ukrayna ordusuna gün ərzində ikinci zərbə
Bizi izləyin

Dünya

Ukrayna ordusuna gün ərzində ikinci zərbə

Ukrayna antiterror gücləri Luqansk Georgiyevsk qəsəbəsindən geri çəkilib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzindən bildirilib.

Məlumatda qeyd edilib ki, Lutuqino rayon mərkəzinin ətrafında və Sçaste şəhəri yaxınlığında rus hərbçilərin böyük qrupu yerləşir.

Bu, Ukrayna ordusunun gün ərzində aldığı ilk zərbə deyil. Bundan əvvəl isə antiterror gücləri Luqansk şəhər aeroportunu tərk etməyə məcbur olmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm