• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Almaniya ordusunda İŞİD həyəcanı

  • Dünya
  • 1 Sentyabr 2014 18:36
  • 571 Baxış
Almaniya ordusunda İŞİD həyəcanı

Almaniyada hərbi qulluqda olmuş radikal islamçılar Suriya və İraqda İŞİD tərəfindən döyüşür.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Almaniya hərbi kəşfiyyat idarəsi olan MAD verib.

MAD radikal islamçı qruplaşmaların Almaniya ordusu daxilində problem yaratmağa başladığını qeyd edib.

“Stern” jurnalının verdiyi məlumata görə, sonuncu dəfə, əsgərliyini baş çavuş rütbəsində davam etdirən bir nəfər İŞİD-ə qoşulmağa təşəbbüs göstərib. Xəbərə görə, həmin şəxs radikal islamçı fikirlərinə görə ordudan tərxis edilib və MAD tərəfindən həm fiziki, həm də texniki izlənib.

İzləmələr nəticəsində bu şəxsin İŞİD-ə qatılmağa səy göstərdiyi məlum olub.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR