Avropa İttifaqında korrupsiya - HESABAT
Bizi izləyin

Dünya

Avropa İttifaqında korrupsiya - HESABAT

Avropada korrupsiyanın səviyyəsi “başgicəlləndiricidir” və belə korrupsiya nəticəsində Aİ iqtisadiyyatına hər il 120 mlrd avro ziyan vurulur, Avropa Komissiyası bəyan edib.

Avropada korrupsiyanın səviyyəsi “başgicəlləndiricidir” və belə korrupsiya nəticəsində Aİ iqtisadiyyatına hər il 120 mlrd avro ziyan vurulur, Avropa Komissiyası bəyan edib.

Publika.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə Aİ daxili İşlər komissarı Cecilia Malmstroemun hazırladığı hesabatda bildirilir.İsveçin “Goeteborgs-Posten” qəzetində dərc edilmiş məqalədə Aİ rəsmisi bildirib ki, korrupsiya demokratiya prinsiplərinə inamı sarsıdır və iqtisadi resursların tükənməsinə səbəb olur.

Hesabat korrupsiya hallarının Aİ-nin 28 ölkəsində araşdırılması əsasında tərtib olunub."Avropada bu problemin miqyası başgicəlləndiricidir” Cecilia Malmstroem qeyd edib.Avropa Komissiyası belə bir hesabatın ilk dəfə hazırladığını qeyd edib. Hesabatda problemin öhdəsindən gəlmək barədə məsləhətlər də verilir.Aİ qurumları ilə müqayisədə milli hökümətlərin korrupsiya ilə mübarizədə daha çox məsuliyyət daşıdığı qeyd olunur.

Fırıldaqçılıq əleyhinə Aİ-nin Olaf agentliyi Aİ büdcəsinə zərər vuran korrupsiya və fırıldaqçılıq halları ilə mübarizə aparır, lakin 2011-ci ildə büdcəsi cəmi 23.5 milyon avro təşkil edən qurumun maliyyə imkanları məhduddur.

C. Malmstroem yazır kı, bəzi ölkələrdə dövlət xəttilə təchiz əməliyyatları fırıldaqçılıq hallarından lazımi dərəcədə qorunmur, digər ölkələrdə siyasi partiyaların maliyyələşdirilməsi problemini dərinləşdirir, yerli bələdiyyələrdə də vəziyyət acınacaqlıdır. Bəzi ölkələrdə isə keyfiyyətli tibbi yardım almaq üçün xəstələr rüşvət ödəməli olurlar.

Hesabata daxil olunmuş iki irimiqyaslı rəy sorğusuna əsasən, Aİ vətəndaşlarının 75 faizi yaşadıqları ölkələrdə korrupsiyanın geniş yayıldığına əmin olduqlarını bildiriblər.Sorğuda iştirak etmiş hər 10 şirkətdən 4-ü məhz korrupsiyanın onlar üçün Avropada biznes aparmağa əsas əngəl olduğunu bildiriblər.

İsveçdə sorğu iştirakçılarının 18%-i, Avropada isə orta hesabla 12%-i rüşvət verilməsi halları ilə bağlı məlumata malik olduqlarını bildiriblər.Aİ naziri qeyd edir ki, İsveç korrupsiya probleminə Avropada ən az dərəcədə mübtəla olan ölkələrdəndir.

“Şəffaflıq və açıqlığı” önə çəkən C. Malmstroem digər Aİ ölkələrinə korrupsiya ilə mübarizədə İsveçdən örnək götürməyi məsləhət görür.Avropanı bürümüş təşkilatlanmış cinayətkarlıq şəbəkəsini qeyd edən müəllif Aİ-nin Europol polis agentliyinə istinadən Avropada 3000-dək belə dəstənin fəaliyyət göstərdiyini qeyd edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm