Avstraliyadan Rusiyaya zərbə (VİDEO, FOTO)
Bizi izləyin

Dünya

Avstraliyadan Rusiyaya zərbə (VİDEO, FOTO)

Amerika Birləşmiş Ştatları və bəzi Avropa Birliyi ölkələrindən sonra Avstraliya da Rusiyaya qarşı sanksiyaları artırıb.

ANS TV-nin məlumatına görə, Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı mövqeyindən dolayı Avstraliya parlamenti Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul edib.

Bunu Avstraliyanın Baş naziri Toni Ebbot parlamentdə çıxışı zamanı açıqlayıb. Onun sözlərinə görə, yeni sanksiyalara əsasən, Krım bölgəsinə yeni silah ixracatına, Rusiya ilə ticarət və ya investisiya əlaqələrinə qadağa qoyulur.

Həmçinin Rusiya banklarının Avstraliya kapital bazarına çıxışı da qadağan ediləcək.


Toni Ebbot

Avstraliya Baş nazirinin sözlərinə görə, Rusiyanın hərbi qüvvələri Ukrayna ərazisində qaldığı müddətdə Rusiya beynəlxalq səviyyədə təcrid olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm