Ruhani interneti bilməyənləri tənqid etdi (VİDEO)
Bizi izləyin

Dünya

Ruhani interneti bilməyənləri tənqid etdi (VİDEO)

İran prezidenti Həsən Ruhani din xadimlərini internetə qarşı daha dözümlü olmağa çağırıb.

Yeni texnologiyalar dövründə İran dünyaya açılan qapıları bağlı saxlaya bilməz, deyə Ruhani çıxışında fikrini belə izah edib.

İranda internet ciddi nəzarət altında saxlanılır. Bəzi portal və sosial şəbəkələrə giriş ya məhdudlaşdırılıb, ya da tamamilə qadağan edilib.

Ötən il hakimiyyətə gələn Həsən Ruhani ölkədə müxtəlif azadlıqların, o cümlədən internetdən istifadə azadlığının təmin olunacağına çalışacağını söz vermişdi.

ANS TV-nin məlumatına görə, İran İslam Respublikasının prezidenti Həsən Ruhani deyib ki, bu günkü dünyada interneti və onun işləməsini bilməyən bir kəs mütəxəssis adlana bilməz: “Əgər biz mobil texnologiyalar sahəsində irəli getməsək və buna müqavimət göstərsək, inkişafımız ləngiyə bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm