Peşmərgə ilə İraq ordusu İŞİD-ə ağır zərbə vurdu
Bizi izləyin

Dünya

Peşmərgə ilə İraq ordusu İŞİD-ə ağır zərbə vurdu

Şimali İraq kürd gücləri olan peşmərgə ilə İraq ordusu İŞİD terror təşkilatına ağır zərbə vurub.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə,İraqın Səlahəddin vilayətinin Süleymanbeg mahalı İŞİD-dən geri alınıb.

Məlumata görə, peşmərgə ilə İraq ordusunun birgə hücumları qarşısında terror təşkilatı bölgədən geri çəkilmək məcburiyyətində qalıb. Ancaq İŞİD-in bəzi nöqtələrə yerləşdirdiyi snayperlər təhlükəsizlik güclərini hədəf almaqda davam edir.

Digər bir xəbər qeyd olunur ki, İŞİD-dən azad olunan ərazinin minalardan təmizlənməsi işi aparılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm