Ukraynada hərbi vəziyyət tətbiq edilə bilər
Bizi izləyin

Dünya

Ukraynada hərbi vəziyyət tətbiq edilə bilər

Ukrayna prezidenti Pyotr Poroşenko hərbi vəziyyətin tətbiq edilməsi barədə məsələni parlamentə təqdim edə bilər.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə “Azadlıq” fraksiyasının lideri Oleq Tyaqnibok bildirib.

“Mən prezidentdən növbəti dəfə hərbi vəziyyətin tətbiqinin ləngiməsinin səbəblərini soruşdum. Artıq bu gün hamı başa düşür ki, terrorçuluğa qarşı əməliyyatlardan söhbət getmir, Rusiya Federasiyası ilə müharibə aparılır. Prezident cavab verdi ki, məsələnin parlamentin gündəminə çıxarılması imkanlarını araşdırır”, - parlament fraksiyasının rəhbəri deyib.

O.Tyaqnikov hərbi vəziyyət mümkün qədər tez tətbiq edilməsinin vacibliyini dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm