• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Kameron Moskvanı “radikal addımlar”la hədələdi

  • Dünya
  • 1 Sentyabr 2014 23:39
  • 322 Baxış
Kameron Moskvanı “radikal addımlar”la hədələdi

"Rusiya görünür, tapançanın ağzı altında Ukraynanın demokratik seçimdən imtinasına çalışır”.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu sözləri İngiltərə baş naziri Devid Kameron deyib.

Baş nazir xəbərdarlıq edib ki, Ukrayna ilə bağlı indiki siyasətin davam etdiriləcəyi halda Rusiya və qalan dünyanın münasibətləri əhəmiyyətli dəyişikliklərə məruz qala bilər. D.Kameron son iki həftə ərzində Rusiyanın separatçılara hərbi dəstəyinin kəskin artmasının müşahidə olunduğunu bildirib.

“Ukraynada Rusiya əsgərlərinin olmasına heç nə ilə bəraət qazandırılmaq mümkün deyil və bu, qəbuledilməzdir. Hərbi münaqişənin real səbəbi Rusiyanın Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü tanımaqdan imtina etməsidir”, - baş nazir qeyd edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR