İŞİD-çilərin "maaş cədvəli"
Bizi izləyin

Dünya

İŞİD-çilərin "maaş cədvəli"

"İslam Dövləti” bir neçə dövlətlə və bir neçə istiqamətdə müharibə aparır. İŞİD öz ərazisində asayişi qorumalıdır, dövlət quruculuğunu davam etdirməlidir. Bunun üçünsə bürokratik aparat lazımdır, hüquq-mühafizə orqanları fəaliyyətdə olmalıdır. Təbii ki, orada çalışanlara da maaş verilməlidir.

Suriya İnsan Haqları Mərkəzinin məlumatına istinad edən "MIGnews.com” saytının araşdırmasında deyilir ki, İraq Şam İslam Dövlətinin (İŞİD) lideri Əbubəkr əl Bağdadi maaş verməkdə yetərincə səxavətlidir. Belə ki, o, ötən il hər döyüşçüyə evə mebel almaq üçün 1200 dollar vəsait ayırıb. Bəs döyüşçülər nə vaxt ev aldı? Əlbəttə, onlar qeyri-müsəlmanların evlərin ələ keçiriblər.

Devrilmiş rejimlərin bürokratlarına məxsus olan evlər də onlara qalıb. Öz yerlərindən qaçıb gedənlərin də ev-eşiyi indi onlara məxsusdur. Müşahidəçilər deyir ki, "xəlifə” Əbubəkr əl Bağdadi bütün bu vəsaiti satılan xam neftdən gələn gəlirlə ödəyir. Bundan başqa, yığılan vergilər də büdcəyə axır.

Neft "İslam Dövləti”nin əsas gəlir mənbəyidir. Suriyada fəaliyyətdə olan digər terrorçu qruplar da neftdən qazanırlar. "Əl-Nusra Cəbhəsi” ilə İŞİD arasında Suriyanın neft yataqlarına nəzarət uğrunda ciddi münaqişələr olub. O da faktdır ki, İŞİD bu davadan qalib çıxıb.

İŞİD hər döyüşçüsünə aylıq 400 dollar verir. Bundan başqa, ailəsi olan döyüşçüyə əlavə vəsait də ödənilir. Hər uşağa 50 dollar və xanıma görə 100 dollar. Əcnəbi cihadçılarsa 400 dollar əlavə maaş alırlar. Bəşər Əsədin verdiyi maaşla müqayisədə bu çox yüksək göstəricidir. Suriyada məmurların aylıq maaşı 150 dollardır.

Təxmini hesablamalara görə, əgər İŞİD ildə 20 min döyüşçüyə maaş verirsə, bunun üçün onlara 100 milyon dollar lazımdır. Ələ keçirilmiş ərazilərdə təhlükəsizliyə nəzarət üçün də on milyon dollarlarla vəsait gərəkir. Nəzərə alsaq ki, İŞİD ayda neftdən ən azı 100 milyon qazanır, belə yüksək maaşları ödəmək onlar üçün o qədər də çətin deyil. /musavat.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm