ABŞ İŞİD-ə 123 aviazərbə endirdi
Bizi izləyin

Dünya

ABŞ İŞİD-ə 123 aviazərbə endirdi

ABŞ ordusu dünən və bu gün Mosul bəndi yaxınlığında yerləşən "İslam Dövləti" (İŞİD) terror qruplaşmasına aid mövqelərə hava hücumları təşkil edib.

ANS PRESS-in məlumatına görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Silahlı Qüvvələri Mərkəzi Komandanlığı verdiyi açıqlamada, uzaqdan idarə edilən pilotsuz qırıcı təyyarələrlə həyata keçirilən hücumlarda, İŞİD silahlılarına aid 3 yük avtomobilinin məhv edildiyi, birinin isə yararsız hala gətirildiyi, bir zirehli texnikanın və bir artilleriya qurğusunun sıradan çıxarıldığı bildirilir.

Ötən gün isə Əmirli yaxınlığında baş tutan hücumda İŞİD-ə aid bir tankın zərərsizləşdirildiyi, Mosul bəndi yaxınlığındakı hücumda isə terrorçu qruplaşmaya aid bir silahlı texnikanın məhv edildiyi haqqında məlumat verilmişdi.

Əməliyyatı uğurla başa çatdıran qırıcı təyyarələr daha sonra həmin bölgədən təhlükəsiz şəkildə uzaqlaşıblar.

Bundan başqa, ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı ordunun avqustun 8-dən bəri İraqda 123 hava hücumu təşkil etdiyi barədə məlumat verib.

Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama orduya İŞİD terror qruplaşmasına qarşı hava hücumlarının həyata keçirilməsi üçün tam səlahiyyət verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm