Rusiyalı terrorçu Polşanı raketlə hədələdi - Video
Bizi izləyin

Dünya

Rusiyalı terrorçu Polşanı raketlə hədələdi - Video

“Matarolla” ləqəbli məşhur rusiyalı terrorçu Arsen Pavlov Rusiya Müdafiə Naziri Sergey Şoyqunun təyyarəsinə hava məkanı vermədiyinə görə Polşanı raket zərbələri ilə hədələyib.

Axar.az-ın Ukrayna mətbuatına istinadən məlumatına görə, o, bunun üçün internetdə xüsusi video-süjet də yerləşdirilib. Matarolla bildirib ki, əgər polyaklar Şoyquya məkan vermirsə, onda onların üzərinə gəlir.

Xatırladaq ki, bir neçə gün bundan öncə Slovakiyadan tədbirdən dönən Rusiya Müdafiə naziri Sergey Şoyquya Polşa hava məkanından istifadəyə qadağa qoymuşdu. Yalnız ikinci cəhddə və təyyarə bortunun statusunun dəyişdirilməsindən sonra nazirə uçuşa icazə verilmişdi. Məsələyə kəskin reaksiya verən Rusiya Xarici İşlər Nazirliyi bunu belə qoymayacaqlarını açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm