İsrail Fələstinin ərazisini zəbt etdi
Bizi izləyin

Dünya

İsrail Fələstinin ərazisini zəbt etdi

İsrail bəyan edib ki, işğal altında olan İordan çayının Qərb Sahilində 4 kvadrat kilometr Fələstin torpağını müsadirə edəcək.

Publika.az-ın "TRT Haber"ə istinadən məlumatına görə, Beytlehemin cənubundakı ərazini ələ keçirmək barədə qərar, İsrailin 30 il ərzində etdiyi zəbt etdiyi ən böyük torpaqlardır.

Ordunun idarə etdiyi yerli administrasiya bildirib ki, bu, iyunda həmin ərazidə üç gənc yəhudinin qaçırılmasına və qətlə yetirilməsinə cavabdır.

The Wall Street Journal yazır: “Bu sionistlərin fələstinlərdən qisasıdır”.

Fələstinlilər deyiblər ki, İsrailə qarşı diplomatik addımlar atılmalıdır. ABŞ İsraili bu qərardan geri dönməyə çağırıb.

Qaş Etzion ərazisindəki torpaqların zəbt edilməsi Gevatot adlanan məskunlaşmanın genişləndirilməsinə yol verir.

Fələstinin baş vasitəçisi Saeb Erekat deyib ki, dünya birliyi "İsrailin Qərb Sahilində və Şərqi Qüdsdə davam edən məskunlaşma fəaliyyətinə" görə İsraili məsuliyyətə cəlb etməlidir.

Eyni zamanda Reuters agentliyinin ABŞ Dövlət Departamentinin rəsmisindən gətirdiyi sitata görə İsrailin addımı "İsrailin bu addımı fələstinlilərlə iki dövlətli həll məqsədinə ziddir".

Fələstinlilər istəyirlər ki, dövlətləri İsrailin 1967-ci ildə zəbt etdiyi bütün torpaqları geri qaytarsın. Lakin, Qərb Sahilində tikilən 200-dən artıq məskunlaşmada artıq 500 000-ə yaxın yəhudi yaşayır. Beynəlxalq qanunvericiliyə görə, bu məskunlaşmalar qanunsuzdur, amma İsrail bununla razı deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm