Dünya
Butros Qaliyə Nizami Gəncəvi mükafatı verildi
Parisdə, YUNESKO-nun mərkəzi qərargahında Birləşmiş Millətlər Təşkilatının 6-cı Baş Katibi Butros Butros Qali ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradov arasında görüş keçirilib. Görüş qurumun iki illiyi ilə əlaqədar gerçəkləşən layihə çərçivəsində baş tutub və mərkəzin fəxri üzvü olan Butros B.B.Qaliyə təşkilatın təsis etdiyi Nizami Gəncəvi mükafatı təqdim olunub. Qeyd edək ki, Nizami Gəncəvi mükafatı daha öncə sabiq prezidentlər Bill Klinton, Vayra Vike-Frayberqa, Tarya Halonen, Süleyman Dəmirəl, Şahzadə Nur, Şahzadə Silvio, ABŞ-da Hillari Klinton administrasiyasının rəhbəri olmuş Melani Ververə təqdim olunub.
BMT-nin sabiq Baş katibi Butros Butros Qali ilə gələn il Bakıda keçiriləcək və özünün də iştirak edəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumu müzakirə olunub və Forumla əlaqədar sentyabrın 4-7-də Andorrada keçiriləcək toplantıya dair fikir mübadiləsi aparılıb. B.B.Qali Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən toplantının əhəmiyyətini xüsusi vurğulayıb. O, bildirib ki, “Avropada etimadın bərpa olunması” mövzusunda müzakirələrin aparılması bu gün Avropada münaqişələr, gərgin siyasi proseslər və müsəlman dünyasında müşahidə edilən terror dalğası fonunda olduqca vacib addımlardan biridir.
Qeyd edək ki, Andorrada keçiriləcək toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun rəhbərliyi və üzvlərinin iştirakı nəzərdə tutulub. Onların arasında Vayra Vike-Frayberqa, İsmail Serageldin, Boris Tadiç, Mixail Saakaşvili, Recep Meydani, Viktor Yuşenko, Hikmet Çətin və digər sabiq dövlət və hökumət başçıları var.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO