Tiflis Moskva ilə barışmaq üçün yol axtarır
Bizi izləyin

Dünya

Tiflis Moskva ilə barışmaq üçün yol axtarır

Rəsmi Tiflis Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) müşahidəçilərinin Gürcüstana qayıtmasını istəyir.

Publika.Az –ın “Qruziya Online” xəbər saytına istinadən verdiyi məlumata görə, bu məsələ Münhen Təhlükəsizlik Konfransında çıxış edən Gürcüstan baş naziri İrakli Qaribaşvili ilə ATƏT-in baş katibi Lamberto Zanyer arasında keçirilən görüşdə müzakirə olunub.

Xatırladaq ki, ATƏT-in müşahidəçi missiyası 2008-ci il avqustda baş verən Gürcüstan-Rusiya müharibəsindən sonra dayandırılmışdı. Gürcüsta beynəlxalq müşahidəçilərin regiona geri qaytarılması variantlarının axtarışını artıq bir neçə ildir ki, aparır. Hazırda Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə həmsərhəd rayonlarında Avropa İttifaqının (Aİ) nümayəndələri xidmət edir. 2008-ci il avqust müharibəsinə qədər isə BMT-nin nümayəndələri Abxaziyadakı vəziyyəti müşahidə edirdi. ATƏT-in müşahidəçiləri isə Cənubi Osetiyada yerləşdirilmişdi.

Silahlı konfliktdən sonra isə abxazlar və osetinlər BMT və ATƏT-in müşahidəçi missiyasına qarşı çıxdılar. Təbii ki, Rusiyanın dəstəyi və göstərişi ilə. Rusiya Abxaziya və Cənubi Osetiyanin müstəqilliklərini tanımaqla həmin ərazilərə formal olaraq Gürcüstana dəxli olmayan yeni missiyalar göndərmək haqda tələbləri dəstəkləmişdi. Buna isə Tiflis razılıqlar vermədi və nəticədə ATƏT ilə BMT-nin müşahidə missiyası regionu tərk etdilər.

Gürcü diplomatlarının sözlərinə görə, Tiflis əvvəlcə ATƏT-in Vyanadakı qərargahının yanında Cənubi Osetiyada monitorinq keçirə biləcək xüsusi qrupun yaradılmasına çalışdı. Rusiya tərəfi bu ideyaya soyuq yanaşdı.

Gürcüstan parlamentinin Avropa inteqrasiyası üzrə komitənin sədri, Gürcüstanın ATƏT-dəki keçmiş daimi nümayəndəsi Viktor Dolidze 14 Fevral tarixində ATƏT Parlament Assambleyası çərçivəsində bu məsələnin müzakirə ediləcəyini bildirib. Komitə sədri sabiq prezident Mixail Saakaşvilinin belə bunda maraqlı olmadığını, ancaq yeni hakimiyyətin buna tamamilə hazır olduğunu və konsultasiyaların başlandığını deyib.

Onun sözlərinə görə, missiyanın qərargahının yenidən Tiflisdə yerləşməsi tamamilə mümkündür. Deputat hesab edir ki, ilk vaxtlar Abxaziyaya və Cənubi Osetiyaya yaxın rayonlarda insan hüquqlarına riayət etmə sahəsində vəziyyəti müşahidə edəcək missiyanın bundan sonra Cənubi Osetiyaya və Abxaziyaya girişinə dair danışıqlara başlamaq olar.

Deputatın fikrincə, Gürcüstanın yeni hakimiyyətinin ümumi atmosferi müxtəlif sahələrdə Rusiya ilə daha konstruktiv danışıqlara imkan verir. Gürcüstanın sərgilədiyi şəffaf mövqeyin onun ATƏT-dəki partnyorları tərəfindən də dəstəkləndiyini deyən V.Dolidze təşkilata 2014-cü ildə İsveçrənin sədrlik etməsini də əhəmiyyətli hesab edir. Çünki, İsveçrə 2008-ci ildən sonra Rusiya və Gürcüstan arasında vasitəçidir.

Soçi Olimpiya Oyunlarda iştirak edəcək gürcü olimpiya heyətinin ilk qrupu 4 Fevral tarixində yol düşəcək. Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili hesab edir ki, Olimpiadada Gürcüstanın iştirakı sülh prosesi üçün yeni şəraitin yaradılması baxımından əhəmiyyətli amildir.

ATƏT Rusiya və Gürcüstan arasında vasitəçilik təcrübəsinə malikdir. 2000-ci ildən 2005-ci ilə qədər iki ölkə sərhədində təşkilatın 150 müşahidəçisi fəaliyyət göstərirdi. Həmin vaxt, Moskva və Tiflis bir-birini döyüşçülər üçün şəffaf sərhədin yaradılmasında ittiham edirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm