Polislərin yaxasına videokamera taxılacaq
Bizi izləyin

Dünya

Polislərin yaxasına videokamera taxılacaq

Qaradərili gəncin polis tərəfindən güllələnməsindən sonra Missuri ştatının Ferqüsson şəhərində etirazlar səngimir.

Artıq şəhərin 6 sakini yerli polis şöbəsini məhkəməyə verərək, 40 milyon dollar kompensasiya tələb edir.

Publika.az “France-Presse” agentliyinə istinadən xəbər verir ki, gələcəkdə belə insidentlərin baş verməməsi üçün rəhbərlik şəhərdəki bütün polis işçilərini videokamera ilə təchiz edib. Ümumilikdə şöbəyə 50 videokamera gətirilib. Bu kiçik kameralar polislərin formasının yaxasına bərkidiləcək.

Rəhbərlik hesab edir ki, videoçəkilişə görə münaqişəli vəziyyətlərdə polis işçiləri daha tədbirli davranacaqlar.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm