Kliçko: “Ukrayna əsgərləri bütün Avropanı qoruyur”
Bizi izləyin

Dünya

Kliçko: “Ukrayna əsgərləri bütün Avropanı qoruyur”

Kiyev meri Vitali Kliçko Almaniya hökumətini terrorçularla mübarizə üçün Ukraynaya silah yardımı etməyə çağırıb.

Publika.az “Blid” jurnalına istinadən xəbər verir ki, Kliçko Almaniyanın İraq kürdlərinə silah verməsini dəyərləndirib. Amma eyni münasibəti Ukraynaya göstərmədiklərini tənqid edib: “Üç aydır ki, NATO-dan kömək istəyirik. Söhbət heç silahdan da getmir. Yardım kimi adi zirehli geyimlər, dəbilqələr belə verilmir”.

Kliçkonun sözlərinə görə, Putin Ukraynanın şərqindəki separatçıları dəstəkləyir. Bu isə təkcə Ukrayna üçün yox, həm də Avropa İttifaqı üçün təhdiddir: “Avropa anlamalıdır ki, biz təkcə Ukraynanı yox, bütün Avropanı, onun dəyərlərini qoruyuruq.”

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm