PKK qəbiristanlığına müdaxilə edildi
Bizi izləyin

Dünya

PKK qəbiristanlığına müdaxilə edildi

Türkiyənin Siirt əyalətində PKK terrorçuları üçün yaradılmağa çalışıldığı iddia edilən qəbiristanlığa müdaxilə edilib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə Siirt icra hakimiyyəti tərəfindən yazılı açıqlama verilib.

Açıqlamada bildirilir ki, Günəşli kəndi yaxınlığında hüquqi şəxsə aid ərazi əhatəyə alındığı üçün 3091 saylı “Daşınmaz Əmlaka edilən təcavüzün qarşısının alınması haqqında” qanun çərçivəsində əraziyə müdaxilə edilib.

“İcra edilən bu prosedur ilə əlaqədar olaraq ictimaiyyətdə bəzi azlıqlar tərəfindən fərqli şərhlərin ediləcəyi məlum məsələdir. Ancaq prosedur hüquq çərçivəsində həyata keçirilib və məqsəd 3091 saylı “Daşınmaz Əmlaka edilən təcavüzün qarşısının alınması haqqında” qanunu yerinə yetirməkdən ibarətdir”, - açıqlamada deyilir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm