Kliçko ilə Poroşenko güclərini birləşdirdi
Bizi izləyin

Dünya

Kliçko ilə Poroşenko güclərini birləşdirdi

Kiyev meri Vitali Kliçkonun rəhbərlik etdiyi “Udar” Partiyası parlament seçkilərinə “Pyotr Poroşenkonun Bloku” ilə birlikdə gedəcək.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə “Udar” Partiyasının parlament fraksiyasının lideri Vitali Kovalçuk bildirib.

O, 29 mart tarixində V.Kliçko ilə Pyotr Poroşenko arasında “birləşmə haqqında memorandum”un imzalandığını xatırladıb. “Parlament seçkilərində birgə iştirak bizim ümumi siyasi fəaliyyətimizi bəyan edir. Hazırda format müzakirə edilir və konsultasiyalar keçirilir. Nəticəsi isə onların tamamlanmasından sonra elan ediləcək”.

Xatırladaq ki, 27 avqustda keçirilən qurultayda “Həmrəylik” Partiyası adını “Pyotr Poroşenkonun Bloku” olaraq dəyişdirib. Təşkilata Yuri Lusenko başçılıq edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm