Rusiyanın “işğal” etdiyi yaşayış məntəqələri – Xəritə
Bizi izləyin

Dünya

Rusiyanın “işğal” etdiyi yaşayış məntəqələri – Xəritə

Rusiya Federasiyasının silahlı qüvvələri hazırda Ukraynanın şərqində yerləşən 10 yaşayış məntəqəsində qeydə alınıb.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko bildirib.

“Həmin yaşayış məntəqələrindən altısı Donetsk, dördü isə Luqansk vilayətinin ərazisindədir. Bunlar Amvrosiyevka, Starobeşevo, Quselşikovo, Novoazovsk, Markino, Pobeda, Novosvetlovke, Xryaşevatom və Luqanskdır”, - deyə A.Lısenko deyib.

O əlavə edib ki, Rusiya Federasiyasının silahlı qüvvələri adıçəkilən yaşayış məntəqələrində canlı qüvvə və hərbi texnikanı cəmləməkdə davam edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm