Hindular yəhudiləri kənddən qovdu
Bizi izləyin

Dünya

Hindular yəhudiləri kənddən qovdu

Qvatemalada yerləşən San Xuan De Laquna kəndində yerli hindularla yəhudilər arasında insident baş verib.

Kəndin əsas əhalisi olan hindular yəhudiləri görmək belə istəmirlər. Yəhudilərin öz dinlərini və adətlərini təbliğ etmələri onları hövsələdən çıxarıb.

Nəticədə, yəhudilər kənddən qovulub. 230 yəhudi ərazini tərk edib.

Yəhudilərin lideri Misael Santos deyib ki, hindular onları çoxdan hədələyirmiş: ”Biz sülh adamıyıq, ona görə də bir hadisə baş verməmiş kənddən çıxdıq”.

İsraili isə yəhudilərlə bağlı bir başqa məsələ də narahat edir.

Fransanın paytaxtı Parisdən 100 km aralıda “Yəhudilərə ölüm” adlı kənd var. Kənd orta əsrlərdə salınıb. Yəhudi təşkilatları Fransa hökumətindən kəndin adını dəyişdirməyi tələb etsələr də, səyləri nəticəsiz qalıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm