Polis polkovnikinin evindən 36 kq heroin çıxdı
Bizi izləyin

Dünya

Polis polkovnikinin evindən 36 kq heroin çıxdı

Sankt-Peterburqda 37 yaşlı polis polkovniki həbs edilib.

O, narkotik vasitələri saxlamaqda və onun satışını təşkil etməkdə günahlandırılır.

Rusiya Daxili İşlər Nazirliyinın Narkotiklərlə Mübarizə Şöbəsi Sankt-Peterburq və Leninqrad vilayəti üzrə narkotik alveri ilə məşğul olan iki şübhəlini saxladıqdan sonra dəstənin digər üzvlərini müəyyənləşdirməyə başlayıb.

Bu zaman polis polkovniki Aleksey Levkovski diqqət mərkəzinə düşüb. Əməliyyatçılar onu izləyib və polkovnikin heroin, həmçinin kimyəvi narkotiklər olan – metadon və metilfentanilin satışını həyata keçirdiyini aşkarlayıblar.

Levkovskinin evində axtarış aparılıb və otaqların birinə polietilen paketlərdə 36 kiloqram heroin tapılıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm