İŞİD terror qruplaşması barədə cizgi filmi - VİDEO
Bizi izləyin

Dünya

İŞİD terror qruplaşması barədə cizgi filmi - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, Livanda yumor verilişlərinin rejissoru olaraq tanınan Nabil Assəf son dövrlərdə Yaxın Şərq ölkələrində islam adına ləkə gətirərək, terror aktları və dəhşətli cinayətlər törədən İŞİD terror qruplaşmasını lağa qoyub. Belə ki, terrorçular ərəb kanallarında uğur qazandıqdan sonra sosial şəbəkələrdə geniş paylaşılan cizgi filminin qəhrəmanına çevriliblər.

Cizgi filmində İraqa doğru raket atmaq istəyən yöndəmsiz döyüşçü öz komandirini vurur və daşınan zenit raket kompleksi ilə onun ayağını yaralayır.

Qeyd edək ki, son zamanlar Yaxın Şərq ölkələrində İslam adı ilə terror törədənlərlə bağlı çoxlu satirik proqramlar hazırlanır. «İŞİD döyüşçüləri İslamı düzgün tanıtdırmırlar, bu səbəbdən onları lağa qoyaraq, ekstremizmə qarşı çıxdığımızı bəyan edirik», deyə Livanın satirik Ktir Salbe Show verilişinin prodüseri Nabil Assəf bildirib.

Yeri gəlmişkən, şouların birində taksiyə minən terrorçu radioya qulaq asmaqdan imtina edir və bildirir ki, «İslam yaranan zaman radio mövcud deyildi». Bu səbəbdən döyüşçü kondisioneri də söndürtdürür və sürücünü də mobil telefonuna görə tənqid edir. Bundan sonra əsəbiləşən sürücü ondan soruşur ki, qədim dövrlərdə taksi də olubmu? Döyüşçü: «Yox, min dəfə yox!» deyə cavab verir. Bu zaman sürücü taksini saxlayaraq terrorçunu düşürdür və dəvə gözləməsini təklif edir.


Faktxeber.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm