9 Ukrayna hərbçisi azad edildi
Bizi izləyin

Dünya

9 Ukrayna hərbçisi azad edildi

Ukraynanın “Şimal” operativ təyinatlı silahlı birləşmələri əsir və girov götürülən hərbçilərin azad olunması üçün fəal əməliyyatları davam etdirir.

Publika.az-ın UNİAN-a istinadən məlumatına görə, bu barədə Antiterror Əməliyyat Qüvvələrinin İnformasiya Mərkəzinin “Facebook”dakı rəsmi səhifəsində açıqlama verilib.

Son operativ əməliyyatlar nəticəsində bu gün daha 9 hərbçi azad edilib. Müvafiq əməliyyatlara general-leytenant İqor Kolesnik rəhbərlik edir.

Azad edilən hərbi qulluqçular arasında sıravi əsgərdən polkovnikədək müxtəlif rütbəli hərbçilər var. Onların müəyyən qismi bir neçə gün, digərləri isə 2 aya kimi yerli separatçıların əsirliyində olub.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm