Dünya
Putinin sözü təhrif olunub?
Rusiya Federasiyası prezidenti Vladimir Putinin "İki
həftə ərzində Kiyevi götürərəm" sözləri başqa mənaya malik
olub.
Publika.az-ın məlumatına görə, bu haqda Rusiya Federasiyası
prezidentinin köməkçisi Yuri Uşakov İtaliyanın "La Respublika"
qəzetinə müsahibə verərkən bildirib.
Qəzet Avropa Komissiyasının başçısı Joze Manuel Barrozunun Avropa
şurasının iclasında Rusiya lideriylə telefon söhbəti haqqında
sitatını gətirib.
Barrozu Putindən soruşub ki, rus qoşunları Ukrayna ilə sərhədi nə
vaxt keçib? O isə cavabında təhdidlərə keçib: "Bu əslində problem
deyil. Əgər mən istəsəm, iki həftə ərzində Kiyevi götürərəm", -
deyə Rusiya Federasiyası prezidenti Vladimir Putin bildirib.
Uşakovun sözlərinə görə, Avropa Komissiyasının sədrinin telefon
danışıqlarının detallarının yayılması nəzakətsizlikdir və
diplomatikadan kənara çıxmaqdır.
"Bu sözlər deyilib və ya yox, mənim fikrimcə, bu sitat kontekstdən
çıxarılıb və tamamilə başqa mənaya malik olub", - deyə Uşakov
vurğulayıb.
Kremlin nümayəndəsi növbəti dəfə Ukrayna ərazisinə Rusiya
qoşunlarının daxil olması haqqında xəbərləri təkzib edib.
/anspress.com/
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!