“Obamanın NATO sərhədlərinə gəlməsi Putinə xəbərdarlıqdır”
Bizi izləyin

Dünya

“Obamanın NATO sərhədlərinə gəlməsi Putinə xəbərdarlıqdır”

ABŞ prezidenti Barak Obamanın NATO-nun sərhədlərinə səfəri Putin üçün xəbərdarlıqdır.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Bloomberg” xəbər agentliyi ABŞ prezidentinin Estoniya, Latviya və Litvaya səfərini şərh edərkən yazıb.

“Obama Baltikyanı ölkələrin prezidentləri ilə görüşündə Rusiya hakimiyyətinə demək istəyir: Baltiyanı ölkələrinə zərər vurmağa düşünməyin, necə ki siz Ukraynaya zərər vurursunuz. ABŞ prezidenti bu axşam Estoniyaya gələcək və Baltikyanı ölkələri inandıracaq ki, NATO təhlükəsizliyin təmin olunması üzrə öz hərbi öhdəliklərini yerinə yetirəcək”, - xəbər agentliyi qeyd edib.

B.Obama Baltikyanı ölkələrdən sonra NATO-nun sammitində iştirak etmək üçün Uelsin Kardif şəhərinə gedəcək. Sammitdə Rusiya qarşı fəaliyyət planının qəbulu gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm