İŞİD-dən neft alan Avropa ölkələri hansılardır? – Şok iddia
Bizi izləyin

Dünya

İŞİD-dən neft alan Avropa ölkələri hansılardır? – Şok iddia

Avropa Birliyinin (AB) İraq üzrə səfiri Jana Hubaskova şok bir iddia ilə çıxış edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, o, AB-nin bəzi üzvlərinin İŞİD radikal terror qruplaşmasından neft aldığını bildirib.

Avrupa Parlamentinin (AP) xarici işlər komissiyasında çıxış edən səfir İŞİD-dən neft alaraq təşkilatın maliyyə maliyyə imkanlarını yaxşılaşdıran ölkələrin adını açıqlamayıb. O, İŞİD-in neft satışını tankerlərlə region ölkələri üzərindən etdiyini bildirib.

AB nümayəndəsi peşmərgə qüvvələrinə göndərilən silahların İŞİD və ya PKK terror təşkilatlarının əlinə keçməyəcəyinin heç bir zəmanəti olmadığını qeyd edib.

Kürd muxtariyyətinin müstəqilliyinin dəstəklənməməsi çağırışı edən səfir əks halda Orta Şərqin çöküşünə yol açılacağını vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm