İranın S-300 raketi
Bizi izləyin

Dünya

İranın S-300 raketi

İran yeni raket əleyhinə olan "Bavar-373" kompleksinin sınağını müvəffəqiyyətlə həyata keçirib.

ANS PRESS-in məlumatına görə, bu haqda briqada generalı Farzad Esmail xəbər yayıb.

O qeyd edib ki, bu sistem Rusiya S-300 raketlərinə alternativ olaraq hazırlanıb, amma həm onun, həm də analoqlarının xarakteristikalarını üstələyir.

Daha əvvəl bildirilirdi ki, "Bavar-373" kompleksi 2015-ci ilin martına hazır olmalıdır. Onun xarakteristikaları dəqiqləşdirilməyib. S-300 öz növbəsində 300 kilometrə qədər uzaqlıqda hədəfləri vura bilir.

Eyni zamanda 2014-cü ilin avqust ayında İran yerli istehsala aid olan daha bir zenit kompleksini sınaqdan keçirib.

"Talaash 3" 200 kilometrə qədər hərəkət radiusuna malikdir və gözlənildiyi kimi, sentyabrın sonunda təqdim ediləcək.

2007-ci ildə İran Rusiyadan beş S-300 kompleksinin alınmasına dair 800 milyon dollarlıq müqavilə imzalayıb. İran barəsində beynəlxalq sanksiyaların fonunda 2010-cu ildə Rusiya sazişdən imtina etdi. Cavab kimi sifarişçi dörd milyard dollar ölçüsündə cəriməni tələb etdi.

İddia Genevrə məhkəməsində müzakirə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm