Şimali Koreyeda saxlanılan amerikalılar ABŞ-dan kömək istədi
Bizi izləyin

Dünya

Şimali Koreyeda saxlanılan amerikalılar ABŞ-dan kömək istədi

ABŞ Şimali Koreyada saxlanılan vətəndaşlarının azad edilməsi istiqamətinə işləyir.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Barak Obamanın mətbuat katibi Coş Ernest jurnalistlərə bildirib.

O, bunun üçün mümkün olan hər şeyi etməkdə davam edəcəklərini dilə gətirib.

Qeyd edək ki, ABŞ-ın Şimali Koreyada saxlanılan üç vətəndaşı CNN telekanalına eksklüziv müsahibəsində saxlanma şəraitindən danışıb. Keçən il “dövlətə qarşı cinayətlərə” görə 15 il islahedici işlərə məhkum edilən Kennet Bay həftədə 6 gün, gündə isə səkkiz saat işlədiyini bildirib. K.Bayın sözlərinə görə, ağır əməyə baxmayaraq, onunla “insanpərvərcəsinə” davranırlar.

Digər bir amerikalı Metyu Miller müsahibə zamanı ABŞ hökumətindən kömək istəyib. “Məni tezliklə mühakimə edəcəklər və sonra mümkündür ki, həbsxanaya göndərəcəklər”, - miqrasiya qaydalarını pozmaqda ittiham olunan Miller bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm