• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ukraynada 140 Rusiya hərbçisi öldürüldü

  • Dünya
  • 3 Sentyabr 2014 01:00
  • 515 Baxış
Ukraynada 140 Rusiya hərbçisi öldürüldü

Rusiyanın "Pskov quberniyası" nəşri ölkəsinin hərbi qulluqçuların danışıqlarını dərc edib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, danışıqlarda yalnız bir gün ərzində - 20 avqustda Ukraynada 80-dən 140-a qədər Rusiya hərbi qulluqçusu həlak olduğu bildirilir.

Pskovdakı 76-cı desant-hücum diviziyasının əsgəri iddia edir ki, 20 avqustda artilleriya zərbələrindən sonra onların bölüyündə yalnız on hərbçi sağ qalıb. Rus hərbçilərinin danışıqlarından həmçinin aydın olur ki, onlar Ukraynada döyüşməyə etiraz edirlər.

Xatırladaq ki, Rusiya hərbi qulluqçularının gizli dəfni barədə material dərc edən “Pskov quberniyası” qəzetinin jurnalisti 29 avqustda vəhşicəsinə döyülmüşdü.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR